Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda oynayacaq “Azəryol”un ilk qarşılaşmasının vaxtı dəqiqləşib.
Sportarena.az xəbər verir ki, Bakı təmsilçisi İtaliyanın “Novara” klubunu fevralın 11-də qəbul edəcək. “Azərreyl”in idman bazasında olacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Ziya Rəcəbovun komandası səfər matçına fevralın 23-də saat 23:30-da çıxacaq.