Aryen Robbendən sərt açıqlama

17:30 3 Fevral 2016

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben komandanın bəzi futbolçularının informasiyanı jurnalistlərə danışdıqlarına münasibət bildirib. 

Sportarena.az xəbər verir ki, belə bir hadisənin biabırçılıq olduöunu vurğulayan hollandiyalı futbolçu:
"Mən "Çelsi" və "Real"da da oynamışam. Normal olmasa da hər bir komandada gizli bir hadisə aşkara çıxır. Belə bir hadisə peşəkar futbola yaraşmır. Bu biabırçılıqdı. "Bavariya"da olduğum müddətdə artıq 3 və ya 4-cü dəfədi ki, belə bir vəziyyətlə qarşılaşıram. Belə məlumatları yayan adam heç olmasa güzgü qarşısında özündən utanmalıdır. Bu barədə fikrim belədi" - deyə fikir bildirib.


Digər xəbərlər

Xəbər xətti