Futzal üzrə Avropa çempionatının final mərhələsində baş tutacaq Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Azərbaycan - Çexiya matçının baş hakimi sloveniyalı Admir Zahoviç olacaq. Ona avstriyalı Cerald Bayerfeind və polşalı Tomaş Frak köməklik edəcək.
Qeyd edək ki, "Belqrad Arena"da fevralın 5-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq.