Arturo Vidal haqqında yalan məlumatlar verdiyi üçün Almaniyanın "SportBild" qəzetini məhkəməyə şikayət edib.
Sportarena.az xəbər verir ki, çilili futbolçu "tvitter" hesabında onun haqqında yalan məlumat paylaşan qəzeti şikayət etdiyini bildirib:
"Qəzetdə haqqımda yazılan bütün məlumatlar yalandır. Vəkillərim artıq bu məsələ ilə bağlı bütün hüquqi işləri başladıb. Mən komandamı sevirəm və mövsümün sonuna klub üçün qədər əlimdən gələn köməyi edəcəyəm. Mənə dəstək olan komandama və azarkeşlərimə təşəkkür edirəm."
Qeyd edək ki, dünən "SportBild" qəzeti, "Bavariya"nın təlim-məşq toplanışı zamanı Arturo Vidalın alkoqollu içki qəbul etdiyini və məşqlərə sərxoş halda gəldiyini bildirmişdi.