Hollandiya millisində baş məşqçi Danni Blindin köməkçisi olan Ruud van Nistelrooy gözlənilməz qərar qəbul edib.
Sportarena.az xəbər verir ki, ötən illərin məşhur futbolçusu müqaviləsinin sonunda yığmadan ayrılmaq qərarına gəlib. Bu barədə sabiq hücumçu özü məlumat verib.
Bu barədə həmçinin Hollandiya Futbol Federasiyası məlumat yayıb. Məlumatda van Nistelrooyun iyul ayında başa çatacaq müqaviləsini uzatmamaq qərarına gəldiyi bildirilir.
2014-cü ildən Quus Hiddinkin köməkçisi kimi millidə çalışmağa başlayan 39 yaşlı Nisterloy karyerasını PSV-nin futbol akademiyasında davam etdirəcək.