Millimizin baş məşqçisi: "Qırmızı vərəqə nəticəyə təsir etdi"

10:26 4 Fevral 2016

Futzal üzrə AÇ-nin final mərhələsində keçirilmiş İtaliya – Azərbaycan matçından sonra millimizin baş məşqçisi Tino Perez oyun haqqında fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, məğlubiyyətimizin səbəbini azlıqda qalmağımızla əlaqələndirən baş məşqçi:
“Əlbəttə, məğlub olduğun zaman çox şey danışmaq çətindir. Nəticə özlüyündə hər şeyi deyir. Bununla belə, məğlubiyyətə baxmayaraq, çox da bədbin deyiləm. Müdafiədə pis oynamadıq. Kombinasiya qurmaqda çətinlik çəkmədik. Buraxdığımız birinci qoldan bir neçə dəqiqə əvvəl hesabı açmaq üçün əla imkanımız vardı. Amma rəqib qapıçı əla oynadı. Təbii ki, Amadeunun qırmızı vərəqə alması və azlıqda qalıb qol buraxmağımız yekun nəticəyə birbaşa təsir göstərdi. Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq. Amma İtaliya millisinin qapıçısı keçilməz oldu”, - deyə fikir bildirib.

Qeyd edək ki, D qrupunda mübarizə aparan komandamız ilk görüşündə İtaliyaya 0:3 hesabı ilə məğlub olub.

 

affa.az


Digər xəbərlər

Xəbər xətti