Çin klubundan "Beşiktaş"ın futbolçusuna təklif

10:58 4 Fevral 2016

Çin klubu "Şanxay SİPQ" klubu "Beşiktaş"ın oyunçusu Sosa üçün təklif göndərib.

Sportarena.az xəbər verir ki, bir müddət öncə Ərsan Adəm Gülümü 7 milyon avroya "Hebeyi" klubuna satan "Beşiktaş"a Çinin digər bir komandasından 15 milyon avroluq təklif gəlib. 
"Beşiktaş" rəhbərliyi Sosa üçün təklifi bir neçə gün ərzində dəyərləndirəcəyini bildirib.

Qeyd edək ki, Çində transfer pəncərəsi fevral ayının 26-sı bağlanacaq.


Digər xəbərlər

Xəbər xətti