"Vest Xem" komandası yeni stadionunun açılışı zamanı Barselona ilə oyun keçirə bilər.
Sportarena.az xəbər verir ki, hazırda London klubunun rəhbərliyi bir neçə Avropa nəhəngi ilə danışıqlar aparır. Onlar arasında klub üçün ən arzu olunanı "Barselona"dır.
Qeyd edək ki, oyunun 53 min azarkeş tutumuna malik Olimpiya stadionunda avqust ayının 3-də keçirilməsi gözlənilir.