"Çelsi" klubu Radamel Falkaonu Çempionlar Liqasının iştirak ərizəsindən çıxardaraq , onun yerinə braziliyalı Aleşandre Patonu salıb.
Sportarena.az xəbər verir ki, Q.Hiddink kolumbiyalı futbolçunu zədə səbəbi ilə ÇL-nın iştirak ərizəsindən çıxarıb.
Qeyd edək ki, ÇL-nın 1/8 finalında "Çelsi"ni PSG ilə oyunlar gözləyir. İlk oyun fevralın 16-da Parisdə keçiriləcək.