"Neftçi" - "Rəvan" oyunundan sonra Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov matçın hakimlərinin qərarlarının doğru olduğunu bildirib.
Matçdan sonra sportarena.az-a açıqlama verən X.Məmmədov bunları deyib:
"Oyun barədə heçnə deməyəcəm. Sadəcə bunu deyə bilərəm ki hakimin verdiyi hər iki qırmızı vərəqə doğru idi."
Qeyd edək ki, matçın 88-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Filyo Jairo, 89-cu dəqiqəsində isə "Rəvan"ın futbolçusu Yasin Həmid qırmızı vərəqə ilə cəzalandırılıb.