Araz Abdullayev: "Zəif rəqiblə qarşılaşdığımızda..."

21:39 5 Fevral 2016

“Birinci hissədə yaxşı oynamadıq. Amma ikinci hissədə çalışdıq ki, qol vuraq. Bir neçə epizodumuz oldu amma yararlana bilmədik. Nəticədə qapımızda top gördük. “Rəvan” klubunu da təbrik edirəm. Yaxşı oynadılar və səfərdən bir xalla geri döndülər.”
Bu sözləri Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Neftçi” – “Rəvan” matçından sonra (1:1)  “ağ-qaralar”ın yarımmüdafiəçisi Araz Abdullayev sportarena.az saytına açıqlamasında deyib.
Ardıcıl ikinci dəfə “Rəvan” klubuna qalib gələ bilməməyin səbəblərindən danışan futbolçu:
“Qarabağ” və “Qəbələ” ilə oyunlarda ruh yüksəkliyi daha çox olur. Nisbətən zəif rəqiblə qarşılaşdığımızda isə oyunda həmin ab-hava olmur. Amma bu futboldur. Biz də çalışdıq. Qalib gələ bilərdik amma bir xalla kifayətləndik.”

Futbolçu hakimin oyunu idarə etməsinə də fikir bildirib:
“Oyunda hamı istəyir ki, qalib gəlsin. Oyunun tempi qalxanda futbolçular istəmirlər  oyun dayandırılsın. Belə olan halda oyun daha baxımlı və qol epizodları çox olur. Hakim oyunu dayandırdıqda oyunun tempi aşağı düşür və istədiyini əldə edə bilmirsən. Ona görə futbolçular hakimə etiraz  edirlər.

 


Digər xəbərlər

Xəbər xətti