Əsgər Abdullayev: "Futbolçuların göstərdiyi oyundan narazı qaldım"

21:49 5 Fevral 2016

"Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 20-ci turunda "Rəvan"la matçdan (1:1) sonra fikirlərini bildirib.

Sportarena.az sportal.az-a istinadən xəbər verir ki, o, bütövlükdə istənilən futbolçusunun zəif oynadığını deyib:

"Futbolçuların göstərdiyi oyundan narazı qaldım. Oyuna hazırlıq zamanı rəqibin hansı səviyyədə olmasını düşünmək lazım deyil. Rəqibi reytinə bölməyə ehtiyac yoxdur. İstənilən komandanı dərk etmək lazımdı. Yəqin futbolçularımız bunu dərk etmirlər. Hakim idarəçiliyi haqda danışmaq istəmirəm. Bu gün "Neftçi” öz oyununu oynamadı. Bunun səbəbi nədir? Bu barədə müzakirə aparacağıq.”


Digər xəbərlər

Xəbər xətti