Bu gün Azərbaycan Premyer Liqasında XX turun ilk oyunu keçirilib. "Neftçi" doğma meydanda "Rəvan" klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov jurnalistlərin suallarını cavablandırıb:
-"Neftçi” yaxşı komandadı. Onalara qarşı oynamaq çətindi. Nə bacardıqsa onu da etdik. Zədəli futbolçularımız var. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı oynayaq.
-Hakimlərdən şikayətiniz var?
-Xeyr, nəyə görə şikayət etməliyəm. Şikayət etməkdən yorulmuşam. Hakimləri qınamıram. İnşallah gələcəkdə daha yaxşı oyun idarə edə biləcəklər.
-Sanki futbolçularda fiziki yorğunluq var...
-Bəli, etiraf edirəm. Futbolçularımız yorğundu. Çünki qış fasiləmiz yaxşı alınmadı. 1-2 futbolçumuz var onun da axırına hakimlər çıxır. Yasin Həmidin qırmızı vərəqə aldığı epizodda qayda pozuntusu yox idi. Erik Ramosun necə futbolçu olduğunu hamı bilir. Epizodla bağlı şikayət edəcəyik.
-Komandada maliyyə durumu necədir?
-İnşallah yaxşı olacaq. Həftəninin ilk günü maaşların veriləcəyi gözlənilir.
sportal.az