AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda “Inter” PİK-in futbolçu Kamran Ağayevlə bağlı müraciətinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
AFFA-nın İntizam Komitəsinin futbolçu Kamran Ağayev barədə çıxardığı qərar (3 oyunluq kənarlaşdırma) qüvvəsində saxlanılsın.