İtaliya millisinin sabiq baş məşqçisi mövsümün sonunda "Milan"ı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
67 yaşlı mütəxəssis "Milan"la heç bir danışıq aparmadığını deyib:
"Mövsümün sonunda "Milan"ı çalışdıracağımla bağlı xəbərlər həqiqəti əks etdirmir. Ümumiyyətlə, Milan təmsilçisi ilə heç bir danışığım olmayıb".
Qeyd edək ki, Lippinin son komandası Çinin "Quanqjou Everqrand" klubu olub.