Əfran İsmayılov: "Onlar Lənkəranın adını yaşatmaq üçün çalışdılar"

19:47 6 Fevral 2016

“Çox çətin oyun oldu. Əlimizdən gələni edib qol vurmalı idik və bunu bacardıq”
Bu sözləri “Qarabağ” – “Xəzər Lənkəran” matçından sonra “köhlən atlılar”ın futbolçusu Əfran İsmayılov Sportarena.az-a açıqlamasında deyib:
“Digər klublar da irəliləyir, xal fərqi azalmasın deyə bizə bu qələbə çox vacib idi. Xal itirməyə haqqımız yoxdur. Bu gün rəqiblərimizlə aramızda kifayət qədər xal fərqi var . Əsas odur ki, oyunumuzu tapaq və qələbələrimizi qazanaq.  Kim deyirsə çempionat zəifdir yanılır. Çempionatımız çox gərgin keçir, “İnter”, “Zirə”, “Qəbələ” kimi klublarımız da sürətlə irəliləyir. “Xəzər Lənkəran”ın futbolçuları da bu gün vuruşdular. Həm özlərini göstərmək üçün, həm də Lənkəranın adını yaşatmaq üçün çalışdılar amma biz daha istəkli idik və qələbə qazandıq."

 


Digər xəbərlər

Xəbər xətti