"Çox ağır oyun oldu. Rəqibi təbrik edirəm, xoş sözlərə layiqdirlər. Heyətlərində bir çox itkilər var, böyük problemləri var amma bizə layiqli müqavimət göstərdilər."
Sportarena.az xəbər verir ki, bu sözləri "Qaranbağ"ın kapitanı Rəşad Sadıqov "Xəzər Lənkəran"ı məğlub etdikləri(3:0) oyundan sonra deyib:
"Çoxsaylı qol imkanlarımız oldu. Son oyunlarda qol vurmağda problemlərimiz var , imkanlardan istifadə edə bilmirik. Bu gündə eyni hal oldu. Amma qalib gəlməyi bacardıq."
Sadıqov gələn tur qarşılaşacaqları "Kəpəz"lə oyun barədə də danışıb:
"Bizi "Kəpəz"lə çox ağır oyun gözləyir. Gəncədəki oyunlar ağır olur. "Qəbələ" ilə oyunu seyr etdiyimizdə stadionun vəziyyətinin də yaxşı olmadığını gördük. Gərgin oyun keçəcəyini düşünürəm. "Kəpəz"lə oyunda xal itirə bilərik, ümumiyyətlə hər bir oyunda bu baş verə bilər."