Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov bu gün peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxıb.
Sportarena.az xəbər verir ki, boksçumuz Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşıb. Fariz Məmmədov 8-ci raundda rəqibini nakauta salaraq WBCA və WBF versiyaları üzrə dünya çempionu tituluna sahib olub.