"Qarabağ"a məğlub olan "Xəzər Lənkəran" sərbəst buraxıldı

14:17 7 Fevral 2016

Dünən paytaxt səfərində “Qarabağ”a 0:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb. 
 
Sportarena.az xəbər verir ki, "ağ-yaşıllar" yalnız bu gün istirahət edəcək. 

Sabah doğma şəhərdə yenidən bir araya gələcək komanda dörd gün ərzində Lənkərandakı bazasında məşq edəcək. Fevralın 11-də isə komanda Bakıya yollanacaq. 

Qeyd edək ki, “Xəzər Lənkəran”  Premyer Liqanın XXI turu çəçivəsində fevraln 13-də səfərdə “Neftçi” ilə qarşılaşacaq. (12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti