Tərlan Əhmədov "od püskürdü": "Kəpəz"ə də evdə bu oyunu keçirməyə icazə verilməməli idi"

16:38 7 Fevral 2016

Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Kəpəz" - AZAL qarşılaşmasından sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilib. Sportarena.az xəbər verir ki, çalışdırıcı AFFA və PFL-i ikili standartlarda günahlandırıb.

Əhmədov ot örtüyünün biabırçı vəziyyətdə olduğunu qabartmaqla, faktiki olaraq, "Kəpəz"in AFFA-nın qanadı altında olduğunu bildirib: "Əgər bu cür meydançada oyun keçirilməsinə icazə verilirsə, deməli, ilk 5 oyunda bizə qarşı haqsızlıq olub. Bizim meydanın qənaətbəxş olmadığını söyləyib, stadionumuzdan didərgin salmışdılarsa, "Kəpəz"ə də evdə bu oyunu keçirməyə icazə verilməməli idi".

Daha sonra Tərlan bəy yetirmələrindən razı qaldığını gizlətməyib: "Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydançada futboldan söhbət gedə bilməzdi. Belədə, ön plana bəxt amili çıxmalı idi və bu dəfə xoşbəxtlik Gəncə təmsilçisinin üzünə güldü. Yetirmələrinmdən heç bir narazılığım yoxdu. Onlar əllərindən gələnin ən yaxşısını etdilər".

Qeyd edək ki, "Kəpəz" - AZAL matçı 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.(Futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti