Neymarın atası və özü mediaya qarşı kobudluq edib.
Sportarena.az xəbər verir ki, fevral ayının 6-sı futbolçunun doğum günü olub. Mərasim zamanı jurnalistlər Neymarı restoranın ətrafında gözləyiblər. Buna əsəbiləşən atası jurnalistlərə təzyiq göstərib.
"Siz yenə də ona şənlənmək imkanı vermirsiz. Hətta onun ad gününə hədiyyə belə etmək fikrində deyilsiniz. Əgər Neymara hədiyyə etmək istəyirsizsə, onu rahat buraxın. Bu, onu xoşbəxt edər. İmkan verin, ad günü sevincini doyunca yaşasın".