Millimiz Rusiya ilə qarşılaşacaq

10:55 8 Fevral 2016

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
 
Sportarena.az xəbər verir ki, millimiz 1/4 final mərhələsində Rusiya yığması ilə qarşılaşacaq.
Bu, millimizin mübarizə apardığı D qrupunda keçirilmiş son oyunun – Çexiya – İtaliya qarşılaşmasının nəticəsinə əsasən rəsmiləşib. İtaliya yığmasının 7:0 hesablı qələbəsindən sonra Çexiya komandası qrupda sonuncu, millimiz isə ikinci yeri tutub.
1/4 final mərhələsində millimiz Rusiya yığması ilə qarşılaşacaq. Fevralın 9-da Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


affa.az


Digər xəbərlər

Xəbər xətti