"Beşiktaş"da ciddi itki: 6 ay olmayacaq

11:34 8 Fevral 2016

"Beşiktaş"ın müdafiəçisi Luis Rodolfo ciddi zədələnib.

Sportarena.az xəbər verir ki, dünən keçirilən "Beşiktaş" - "Qaziantepspor" matçının(4:0) 20-ci dəqiqəsində dizindən zədələnən müdafiəçi oyunu yarımçıq tərk edib. Futbolçunun əməliyyat olunacağı və yaşıl meydanlardan 6 ay uzaq qalacağı bildirilib.


Digər xəbərlər

Xəbər xətti