Yuventusun baş direktoru Beppe Marotta baş məşqçi Massimilano Alleqri haqda fikirlərini söyləyib.
Sportarena.az xəbər verir ki, Alleqrinin komandada qalmasını istəyən direktor:
"Onunla aramızda əla münasibət var. Mövsümün həlledici dönəmi yaxınlaşır. Məhz ondan sonra hansısa nəticə çıxarmaq olar. İstənilən halda müqavilələrin əhəmiyyəti böyük deyil. İnsanlar arasında münasibəti hər şeydən vacibdir.Alleqrinin Yuventusda qalması üçün hər bir şərait var. Komanda inkişaf edir və irəliləyir", – deyə qeyd edib.