Dünən keçirilən "Şalke" - "Volfsburq" matçından(3:0) sonra azarkeşlərlə polis arasında qarşıdurma olub.
Sportarena.az xəbər verir ki,də miryol vağzalının yaxınlığında Şalkenin azarkeş qruplaşmalarından biri qonaq fanatları qoruyan polislər üzərinə hücum çəkib. 23 polis xəsarət alıb.
Xuliqanlar polislərin üzərinə yanacaq dolu qablar ataraq klublardan birində gizləniblər.
Uzun danılşqılardan sonra qaydaları pozanlar gizləndiyi yerləri tərk ediblər. Polis 143 xuliqanın kimliyini təsbit edib.Axtarış zamanı klubda narkotik maddələr də aşkar edilib.