"Belə mərasimlər stadionun günlük və aylıq xərclərini ödəməyə imkan yaradır".
Sportarena.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
Nazir belə mərasimlərin digər idman qurğularında da keçirilə biləcəyindən danışıb:
"Təkcə Bakı Olimpiya Stadionunda deyil, başqa idman qurğularında, məsələn Bakı Atıcılıq Mərkəzində də belə mərasimlər keçirilə bilər."