Bilbao "Atletik"inin müdafiəçisi Emerik Laport "Barselona"ya mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Kataloniyanın "Sport" qəzeti yazır ki, fransız futbolçu iş yerini dəyişməyi düşünmür.
"Barselona dünyanın aparıcı klublarından biridi. Lakin mən onların təklifini rədd edərdim.
"Barselona" nümayəndələri bu mövsüm mənimlə danışıq aparmayıblar. Onların marağı mənim üçün elə də əhəmiyyətli deyil. Gələcəyim qabaqdadı. Yaxın illəri Atletikdə keçirəcəyəm".
Laportun "Atletik"lə müqaviləsinin müddəti 2019-cu ilə qədərdi. Bu mövsüm La Liqada 19 oyuna 3 qol vurub.