“Barcelona”nın argentinalı ulduzu Lionel Messi dünyanın ən bahalı avtomobilinə sahib olub.
Sportarena.az xəbər verir ki, futbolçu bir neçə gün öncə baş tutan hərracda "Ferrari 335 S Spider Scaglietti" markalı avtomobilin sahibi ola bilib. Avtomobilə sahib olmaq üçün Messi 32 milyon avrosundan keçib.
1957-ci istehsalı olan maşın Fransanın paytaxtı Parisdə 20 milyon ilkin məbləğlə hərraca çıxarılıb.
Qeyd edək ki, sözügedən hərracda “Real”ının portuqaliyalı uduzu Ronaldo da iştirak edib.