"Kəpəz" "Qarabağ" üçün Bakıda hazırlaşacaq

17:11 9 Fevral 2016

Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Kəpəz” – AZAL oyununun (2:0) ardından Bakıya qayıdan Gəncə klubunun futbolçuları dünən bərpaedici hazırlıqdan sonra istirahətə buraxılıb. 
Sportarena.az xəbər verir ki, komanda məşqlərə sabah start verəcək.
Çempionatın XXI turunda Gəncədə “Qarabağ”la qarşılaşacaq “sarı-göylər” məşqləri “Dalğa Arena”da keçəcək. Fevralın 12-nə kimi bu stadionda hazırlaşacaq “Kəpəz” ayın 13-də Gəncəyə qayıdacaq. Hazırlıq planına əsasən, Ağdam təmsilçinə qarşı oyunun son məşqi matçın keçiriləcəyi Gəncə şəhər stadionuna təyin olunub. 

kapazpfc.az


Digər xəbərlər

Xəbər xətti