"Çelsi"nin müdafiəçisi Kurt Zumanın tibbi müayinəsi nəticələri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib:
"Müayinənin nəticələrinə görə xaçvari bağların zədələndiyi müəyyənləşib. Bu həftə əməliyyat olunacağam. Meydana daha güclü qayıdacağam.
Hər kəsə marağına görə təşəkkür edirəm", – deyə Zuma "tvitter" səhifəsində yazıb.
Qeyd edək ki, Zumanın sağalmasına ən azı 6 ay lazım gələcək. Bu isə onun artıq bu mövsüm oynamayacağı deməkdir.