"Öncədən də bilirdim ki, çox ağır oyun olacaq. Komandam bu oyunda rəqibə qol şansı vermədən layiqli qələbə qazandı."
Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Fizuli Məmmədov "Kəpəz"in U 19 -unu 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib:
"Deyərdim ki, yetirmələrim verdiyim bütün tapşırıqları yerinə yetirdilər. Bütün oyunu rəqibin yarı sahəsində keçirsək də, az qol vurduq. Buna rəqibin əzmkarlığı mane oldu. Qələbə münasibəti ilə bütün komandanı təbrik edirəm. Bu oyunda bəzi oyunçuların oynaması sual altında idi amma həkim personalı xüsusilə də Mahir həkim sayəsində tam heyətlə oynaya bildik. İdarəçilərmizin qələbədə əməyi var, yaratdıqları şərait və istədiklərimizi bizə inanaraq yerinə yetirdilər."