"Mançester Yunayted"in futbolçuları Xuan Mata və Maruan Fellaini mövsümün sonunda komandanı tərk edə bilər.
Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatında yayılan məlumata görə bu hadisə Mourinyonun baş məşqçi təyin ediləcəyi zaman baş verə bilər.
Mütəxəssis öz planları haqda artıq Ed Vudvorda xəbər də verib.
Qeyd edək ki, məhz Mourinyo "Çelsi"yə gəldikdən sonra Matanı "Mançester Yunayted"ə satmışdı.