"Böyük oyun"? Mənim fikrimcə bu oyun artıq..." - Ağasəlim Mircavadov

14:17 11 Fevral 2016

Həftəsonu keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçı ilə bağlı təcrübəli mütəxəssis Ağasəlim Mircavadov saytımıza müsahibə verib.

 

 

 

 

 

-    Həftəsonu keçiriləcək “Böyük oyun”la bağlı fikirləriniz.
-    “Böyük oyun”? Mənim fikrimcə artıq bu oyun həmişəki kimi maraqlı olmayacaq. Hər iki komandanın durumu yaxşı vəziyyətdə deyil. 
-    Komandaların vəziyyətindən aslı olmayaraq “Böyük oyun”da həmişə gərgin mübarizə olub. Bu dəfə belə bir mübarizənin şahidi ola bilərikmi? 
-    Söz yox hər iki komanda bu oyuna yaxşı hazırlaşır. Oyundan öncə fikir bildirmək biraz çətindir. Futbolçular istər-istəməz bu oyuna can yandırmağa çalışırlar. 
-    Necə fikirləşirsiz bu oyun “Xəzər Lənkəran” yenə həmişəki kimi iddialı olacaq?
-    “Xəzər Lənkəran”ın problemləri olduğunu hamımız bilirik. Komanda 17, 18, 19 yaşlı futbolçulardan təşkil olunub. Futbolçuların oyun təcrübəsi çox aşağıdır. Amma yeniyetmə futbolçuların “Neftçi”yə çox çətinliklər yaradacağından əminəm. 
-    Sizcə “Böyük oyun”un qalibi kim olacaq?
-    Qeyd etdiyim kimi, belə bir oyundan öncə fikir bildirmək çətindir. Hər iki komandaya uğurlar arzulayıram.


Digər xəbərlər

Xəbər xətti