"Qalatasaray" avrokuboklardan kənarlaşdırıldı

15:19 11 Fevral 2016

UEFA Türkiyə futbolunun ən uğurlu təmsilçisi "Qalatasaray”ı 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb. 

Sportarena.az xəbər verir ki, buna səbəb klubun maliyyə feyr-pleyinə düzgün əməl etməməsidir. Bu barədə klubunun prezidenti Dursun Özbək məlumat verib. Prezident cəzanın səbəbini keçmiş rəhbərliyin səhvlərində görüb.

"164 milyon həqiqətən yüksək məbləğdir. UEFA bizə xəbərdarlıq etmişdi. Onlardan daha bir şans istədim. Amma vermədilər. Bu haqsız cəzadır. İndiyə qədər klubumuzu idarə edənlərin yol verdiyi səhvlərin cəzasını çəkirik. Onlar bəzi məsələlərdə səriştəsizlik ediblər”,- deyə Dursun Özbək bildirib.


Digər xəbərlər

Xəbər xətti