"Lester" 132 illik tarixində ilk dəfə İngiltərə çempionu olsa belə, futbolçular əlavə mükafat almayacaq.
Sportarena.az xəbər verir ki, klub rəhbərliyi mükafatları "Lester"in Premyer Liqada yerini qorumasına əsasən müəyyənləşdirib. Bu mükafat 8.3 milyon avro təşkil edir. İtalyan baş məşqçinin müqaviləsinə görə "tülkülər"in 18-ci yerdən yuxarıda qərarlaşacağı hər pilləyə görə 100 min funt əlavə ödəniləcək.