"Kəpəz" "Qarabağ" üçün məşqlərə başladı

18:30 11 Fevral 2016

Bir günlük istirahətin ardından “Kəpəz” dünən məşqləri bərpa edib.
 
Sportarena.az xəbər verir ki, komanda Azərbaycan  Premyer Liqasının 21-ci turunda “Qarabağ”la keçiricəyi ev oyununa Bakıda hazırlaşır. 

Sabaha qədər Bakıda məşq edəcək Gəncə klubunun heyətində zədəli futbolçu yoxdur. Yalnız sarı vərəqə limitini dolduran Budaq Nəsirov cəzalı duruma düşdüyündən qarşıdakı matçı buraxacaq. 

Komanda Ağdam təmsilçisi ilə oyunun son məşqini Gəncədə keçəcək. “Kəpəz”in Gəncə şəhər stadionundakı məşqi saat 16:00-da başlayacaq.

kapazpfc.az


Digər xəbərlər

Xəbər xətti