SOCAR və Beynəlxalq Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

21:50 11 Fevral 2016

 SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb. Spoortarena.az-ın İJF-nin rəsmi saytına istinadən məlumatına görə, müqaviləni Macarıstanın paytaxtı Budapeştdə SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə beynəlxalq qurumdakı həmkarı Marius Vizer imzalayıblar. 

Anlaşma 4 il müddətinə nəzərdə tutulub. 
İmzalanma mərasiminin ardından M.Vizer bildirib ki, bu tərəfdaşlıq cüdonun bütün dünyada təşəkkül tapması üçün mühüm addımdır: "Bizim üçün də belə bir müqaviləni ən məşhur şirkətlərdən biri ilə imzalamağımız çox əlverişli imkandır. SOCAR-la tərəfdaşlıq idman sahəsində bir çox layihələrimizin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir". 
R.Abdullayev isə deyib: "Bu gün idmanın inkişafına verdiyimiz töhfə belə bir mühüm müqavilənin imzalanmasında öz əksini tapmış oldu. SOCAR futbola, şahmata və cüdoya Azərbaycanda və ölkədən kənarda davamlı dəstəyin göstərilməsi ilə daima seçilir. İJF ilə tərəfdaşlığımızı gələcək nəsillərə yatırdığımız mənalı sərmayə kimi qiymətləndiririk".


Digər xəbərlər

Xəbər xətti