Williams komandasının texniki rəhbəri Pət Simonds bildirib ki, onların komanda olaraq əsas hədəfləri Fernando Alonso kimi sürücünü transfer etmək yox, bolidi təkmilləşdirməkdir…
Williams komandası çempionatda ən çox pul xərcləyən 5-ci komandadır. Britaniyalılar son iki mövsümdə Mühəndislər Kubokunda 3-cü yeri tutublar.
Williams komandasının texniki rəhbəri Simonds düşünür ki, Fernando Alonso hazırda ən güclü sürücüdür, amma onu komandaya transfer etmək fikirləri yoxdur:
“Super ulduz sürücülərin xərcləri də çox olur. Super ulduz pilot transfer etməkdənsə, bolidin çatışmayan tərəflərini təkmilləşdirərik.
Ona görə də Alonso bizim komandaya gəlsə, ondan istifadə edə bilərik və onunla yaxşı yola gedərik. Ona ehtiyacı olan hər şeyi verərik, amma onun istədiyi maaşı ödəməli olsaq, bir il acından ölərik”.