Millimizin baş məşqçisi: "Hollandiya ilə şanslarımız bərabərdir"

15:37 12 Fevral 2016

"Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”.
Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez DÇ-2016-nın play-off mərhələsinin püşkatmasından sonra affa.az saytına açıqlamasında deyib.
Baş məşqçi Hollandiya millisi ilə şanslarının bərabər olduğunu qeyd edib.
“Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm". 


Digər xəbərlər

Xəbər xətti