İtaliyalı əfsanəvi müdafiəçi Fabio Kannavaro istefaya göndərilib.
Sportarena.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Al-Nasr" klubunun baş məşqçisi Fabio Kannavaro işindən azad olunub. 42 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Bu barədə "Al-Nasr” klubunun “Twitter” səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, Kannavaro 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub. O, həmçinin "Qızıl top" mükafatının da sahibidir.