Cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

17:56 12 Fevral 2016

Kiçik yaşlı yeniyetmələr (U-15) arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb.

Sportarena.az  xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarış üç gün davam edib. Turnirdə paytaxt və bölgələrdən 24 komandanın tərkibində 328 cüdoçu mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında Murad Əliyev (30 kq), Səxavət Hacıyev (34 kq), Tunar Bayramov (38 kq), Nicat Məmmədov (42 kq), Nahid İsmayılov (46 kq), Mətin Rzazadə (50 kq), Murad Əlizadə (55 kq), Məhəmməd Əhmədov (60 kq), İlkin Mirzəyev (66 kq) və Hüseyn Məmmədov (66 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu olublar. Qızların yarışında isə Nigar Söhrabova (28 kq), Fəridə İsgəndərova (32 kq), Lətifə Abbasova (36 kq), Səbinə Əliyeva (40 kq), Rita Əliyeva (44 kq), Zeynəb Məmmədova (48 kq), Əsmər İskəndərova (52 kq), Sənubər Nəbiyeva (57 kq), Nərgiz Əliyeva (63 kq) və Nərmin Əmirli (63 kq-dan yuxarı) qızıl medala sahib olublar.

Komanda hesabında 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin kollektivi birinci olub. “TİM-Sumqayıt” ikinci, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası isə üçüncü yeri tutub.


Digər xəbərlər

Xəbər xətti