Atletika üzrə ölkə birinciliyinin ilk gününün qalibləri müəyyənləşib

22:05 12 Fevral 2016

Fevralın 12-də Respublika Olimpiya Mərkəzində (Manej) atletika idman növü üzrə Azərbaycan birinciliyi başlayıb.

Yarışda 1997-1998 və 1999-2000-ci il təvəllüdlü idmançılar iştirak edirlər. Yarışın ilk günündə 150 atlet birincilik uğrunda mübarizə aparıb.

1997-1998-ci il təvəllüdlü oğlanların yarışında İlham İksanov 60, Zaur Əliyev 400 və Andrey Aromoviç 1500 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıblar. Nüvəitələmə yarışlarında isə Faiq Nəbiyev birinci olub. Qızların 60 metr məsafəyə qaçış yarışlarında Aysel Şahmalıyeva fərqlənib. Günel Vəliyeva isə 400 metr məsafəyə qaçış yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

1999-2000-ci il təvəllüdlü oğlanların yarışında Vaqif Bağırov 60, İlham Abışov 400 metr məsafəyə qaçış yarışlarında birinci olublar. Üçtəkanla tullanma yarışlarında Yadulla İbrahimov qızıl medal qazanıb. Qızların mübarizəsində Günel Hüseynova nüvəitələmə, Ləman Hüseynova hündürlüyə tullanma yarışlarında üstün olublar. Altmış metr məsafəyə qaçış yarışlarında Yelena Pextireva rəqiblərini qabaqlamağı bacarıb. Nika Məmmədova 400, Ülviyyə Quliyeva isə 1500 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb.

Qeyd edək ki, yarış fevralın 13-də başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti