Argentinanın "Urakan" futbol klubunu daşıyan avtobusun aşması haqda məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, qəzada xəsarət alanlarla bağlı yeni xəbər var. Futbolçulardan biri Patrisio Toranso 4 ayaq barmağını itirib. 33 yaşlı təcrübəli yarımmüdafiəçi Buenos-Ayresdə əməliyyat olunub. Bu hadisəyə görə futbolçu karyerasını bitirə bilər.