AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı start götürüb. Yarışda ölkənin bütün bölgələrindən yüzə yaxın atlet qüvvəsini sınayır. Çempionat fevralın 12-13-də keçiriləcək. Qadınlar 6, kişilər isə 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
Artıq ilk çempionların adı məlumdur. Çempionatda cəmi 12 nəfər qadın atlet iştirak edib ki, onların hamısının “Zirvə” Beynəlxalq İdman Klubunun üzvü olub.
Qadınların mübarizəsində qaliblər 6 çəki dərəcəsində müəyyən edilib ki, “Zirvə” atletləri 6 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.