Fransanın nüfuzlu "France Football" jurnalı oxucuları arasında dünya futbol tarixinin ən yaxşı qapıçıları ətrafında sorğu keçirilib.
Sportarena.az xəbər verir ki, toplam 24548 nəfərin iştirak etdiyi sorğunun qalibi "Yuventus" və İtaliya millisinin qolkiperi Canluici Buffon olub. O, səslərin 44%-ni toplayıb. İkinci pillədə Fabien Bartez (17%), üçlüyün son pilləsində isə əfsanəvi Lev Yaşin və Oliver Kan (7%) qərarlaşıb.