"İnter"in sahibi Erik Toxir Çində daxil olmaqla hər yerdə investorlar axtarır.
Sportarena.az xəbər verir ki, buna da səbəb klubun maliyyə vəziyyətinin bərbad gündə olmasıdır.
İndoneziyalı biznesmen sahibi olduğu klubun 417 milyon avro borcu var.
Ötən ilin iyun ayının sonunda klubun "Goldman Sachs" bankına 230 milyon ödənişi olmalı idi. Daha 108 milyon avro kluba Toxir öz cibindən verib. Bundan əlavə 68 milyon avro İnter klubu ekspeditorlara , 11 milyon avro da başqa klublara borcludur.