"Təmiz şəhər naminə hərəkətdə ol!" veloyürüşü keçirilib - Fotolar

13:31 13 Fevral 2016

Bu gün Azərbaycan Gənclər Fondu, Azərbaycan Velosiped İdmanı Federasiyası, Nərimanov rayon Gənclər və İdman İdarəsi və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Təmiz şəhər naminə hərəkətdə ol!” devizi altında veloyürüş keçirilib. 
Sportarena.az xəbər verir ki, aksiyanın məqsədi şəhərin təmiz saxlanmasını eyni zamanda  gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir. Veloyürüşdə Federasiyanın 100-dən artıq idmançısı, könüllü gənclər, Nərimanov rayonundan seçilmiş millət vəkilləri və eyni zamanda rayonun rəhbər strukturlarının nümayəndələri iştirak ediblər.


Digər xəbərlər

Xəbər xətti