Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov zədələnib.
Sportarena.az xəbər verir ki, futzalçı Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirilmiş oyunda (2:6) zədələnib. Bu səbəbdən Borisovun 10 gündən sonra sıraya dönməsi gözlənilir.