"Komandamızda həyəcan var idi. Bu həyəcan Gəncədə "Kəpəz"ə uduzduqdan sonra "İnter"lə oyunun motivasiyası fonunda yaranmışdı".
Sportarena.az xəbər verir ki, bu sözləri AZAL - "İnter" matçından (0:0) sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov deyib.
Baş məşqçi “İnter”ə qarşı oynamağın çətin olduğunu bildirib: "Futbolçular çox aqressiv idi. "İnter"lə oynamaq bizə xoş deyil. Çünki "İnter" müdafiədə çox qapalı oyun oynayır. Orta sahədə Tagim Novruzovun olmamasının oyuna təsir etdiyi açıq-aşkar bilinirdi. O, komandanın liderlərindən birinə çevrilib. Orta sahədə top saxlaya bilmirdik. Adan Koronado yanvarın 5-dən bizə qoşulub. Onun topla rəftarı, meydanı görməsi çox yaxşıdır. Avroliqada şansımız varsa, istifadə etməyə çalışacağıq".