“Əlimizə düşən imkanlardan yararlana bilmədik. Vaxt azaldıqca futbolçular tələsməyə başladı və belə olan halda rəqib təhlükəli hücumlar qura bilirdi. Buna görə də imkanlardan maksimum yararlanmaq lazımdır. Amma futbolçularımız axıra qədər mübarizəni davam etdirdilər və lazım olan 3 xalı qazandıq”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi” – “Xəzər Lənkəran” matçından (1:0) sonra “ağ-qaralar”ın baş məşqçisi Əsgər Abdullayev deyib.
Baş məşqçi Cavid İmamverdiyevin əvəzlənərkən etdiyi aqressiv hərəkəti haqqında da fikir bildirib:
“İstənilən futbolçu əvəzlənərkən müəyyən narazılıq edə bilər. Bu onun komandaya narazı olduğunu bildirmir”